"Real" və "Mançester Siti"nin hədəfində olan türk futbolçu

"Fənərbaxça" klubunun futbolçusu Salih Uçan mövsümün sonunda komandadan ayrıla bilər. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 20 yaşlı futbolçu "Real" (Madrid) və "Mançester Siti" klublarının maraq dairəsinə düşüb. Hər iki komandanın skautları "Fənərbaxça" - "Bursaspor" matçında (3:0) gənc futbolçunun oyununu izləyiblər və razı qalıblar. Lakin "Fənərbaxça" rəhbərliyi də Salihi komandada saxlamaq niyyətindədir.
Qeyd edək ki, daha öncə "Roma" klubu Salih Uçanı transfer etmək istəsə də, "Fənərbaxça" rəhbərliyi bu keçidə "yox" demişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31