İbrahimoviç "Çelsi" ilə cavab matçında oynayacaqmı?

Çempionlar Liqasının 1/4 finalında dünən "Çelsi" ilə ilk qarşılaşmada zədələnən PSJ-nin futbolçusu Zlatan İbrahimoviç cavab qarşılaşmasını buraxmalı olacaq.
Qol.Az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, klubun prezidenti Nasser Əl-Xəlifi isveçli hücumçunun son durumu haqda məlumat verib. Bildirib ki, dizindən zədələnən oyunçu bir neçə həftə yaşıl meydanlardan uzaqda qalacaq. Bu səbəbdən o, cavab matçında oynamayacaq.
Qeyd edək ki, PSJ - "Çelsi" görüşü meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında ikinci oyun aprelin 8-i keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31