"Beşiktaş"ın Leskot israrı davam edir

"Beşiktaş" klubu "Mançester Siti"nin müdafiəçisi Joleon Leskotu transfer etməkdə israrlıdır. Qol.Az-ın məlumatına görə, bu barədə "The Sun" qəzetinə danışan klubun direktoru Öndər Özən mövsümün sonunda ingilis futbolçu ilə danışıqlara başlayacaqlarını bildirib:
"Leskotdan hələ də əl çəkməmişik. Onu yenə transfer etmək istəyirik və mövsümün sonunda futbolçu ilə rəsmi danışıqlara başlayacağıq".
Qeyd edək ki, 31 yaşlı futbolçu 2009-cu ildən "Mançester Siti"nin şərəfini qoruyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31