"Arsenal"da ilk ayrılıq
3 Aprel 2014 20:25 İdmanMövsümün əvvəlində "Arsenal" "Hamburq"a icarəyə verdiyi Yohan Djurunu Almaniya klubuna bir dəfəlik satıb. Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, bundesliqa təmsilçisi 27 yaşlı oyunçu ilə 2016-ci ilə qədər müqavilə imzalayıb.
Bu transfer üçün klub "Arsenal"a 2,5 və ya 3,5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Y.Djuru "Hamburq"la bu mövsüm 20 matçda iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31