“Akademiya şəhərciyi”ndə iki yeni futbol meydançası istifadəyə veriləcək
3 Aprel 2014 15:50 İdmanAMEA-nın "Akademiya şəhərciyi"ndə 2 yeni futbol meydançası yaxın günlərdə istifadəyə veriləcək. AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə,
hər biri təxminən 1000 kvadratmetr sahəni əhatə edən meydançalar texniki göstəriciləri və müasir xarici görünüşləri ilə fərqlənirlər. Meydançaların üstünün örtülməsi üçün xüsusi metal konstruksiyadan istifadə olunub, üzərinə müxtəlif ölçüdə yanğına və digər təsirlərə davamlı örtük çəkiləcək.
Stadionların ətrafında abadlıq işləri, o cümlədən dekorativ ağac və kol bitkilərinin əkilməsi tamamlanmaq üzrədir. Stadionlara aid ərazidə 40 nəfərlik kafedən ibarət xidməti bina da fəaliyyət göstərəcək. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31