UEFA Çempionlar Liqası: "PSJ" "Çelsi" ilə bacardı, "Real" "Borussiyanı" darmadağın etdi
3 Aprel 2014 11:38 İdmanUEFA Çempionlar Liqasının növbəti 1/4 final mərhələsinin ilk oyunları çərşənbə axşamı keçirilib.
Fransanın "PSJ" komandası doğma meydançada İngiltərənin "Çelsi" klubu ilə görüşüb. Görüş 31 hesabı ilə "PSJ"-nin qələbəsi ilə başa çatıb.
Oyunda ilk qolu 4-cü dəqiqədə Lavessi vurub, onun ardınca 32-cü dəqiqədə Azar cavab qolla hesabı bərabərləşdirib. Oyunun 61-cü dəqiqəsində vurulan avtoqol "PSJ"-ni irəli salıb. Oyunun 90-cı dəqiqəsində Pastorenin vurduğu qol hesabı 3-1 edib.
Digər matçda Madridin "Real" klubu Almaniyanın "Borussiya" komandasını qəbul edib.
Qarşılaşma 3-0 hesabı ilə İspaniya yığmasının qələbəsi ilə başa çatıb.
Qolların müəllifləri: Beyl, 3'; İsko, 27'; Ronaldu, 57'.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31