Ronaldo Messinin rekordunu qıracaq?
"Real Madrid"ın ulduzu Çempionlar Liqası tarixinin “ən yaxşı bombardiri" ola bilər
2 Aprel 2014 19:57 İdmanKriştiano Ronaldo daha bir rekordu ələ keçirə bilər. "Real Madrid"ın ulduzu Çempionlar Liqası tarixinin "ən yaxşı bombardiri" ola bilər.
Qeyd edək ki, Ronaldo bu mövsüm turnirdə keçirdiyi 7 oyunda 13 qol vurub. Çempionlar Liqası tarixinin "ən yaxşı bombardiri" hazırda Lionel Messidir. O, 2011/12 mövsümündə 14 qol vurub. Ronaldo bu gün "Borussiya"nın qapısına yol tapsa, argentinalı rəqibinin rekorduna şərik olacaq.
Xatırladaq ki, Çempionlar Liqasından əvvəl keçirilən Avropanın bir nömrəli klub turniri Çempionlar Kubokunda da rekord 14 qol hesab edilir. Belə ki, 1962/63 mövsümündə 14 qol vuran "Milan"ın sabiq ulduzu Jose Altafini ilə Messi eyni rekordun sahibidir. Ronaldo cari mövsümdə 14 qolluq həddi aşsa, Avropanın bir nömrəli klub turnirinin "ən yaxşı bombardiri" olacaq.
Onu da qeyd edək ki, Ronaldo Çempionlar Liqasının 100-lər klubuna düşməyə hazırlaşır. Portuqaliyalı ulduz "Borussiya" ilə matçda meydana çıxsa, turnirdə 71-ci oyununu keçirəcək. İndiyədək o, 99 oyunda 63 qola imza atıb. Ronaldo bu göstərici ilə Çempionlar Liqasında ən çox fərqlənmiş Raul (71 qol) və Messidən geri qalır (67). ( ans)
Çempionlar Liqasının bombardirləri:
Mövsüm Futbolçu Komanda Qol
1992/93 Romario PSV 7
1993/94 Ronald Kuman Barselona 8
1994/95 George Vea PSJ 7
1995/96 Hari Litmanen Ayaks 9
1996/97 Milinko Pantiç Atletiko 5
1997/98 Del Pyero Yuventus 10
1998/99 Şevçenko-Yorke Dinamo K-Mançester Y 8
1999/00 Jardel-Raul-Rivaldo Portu-Real-Barselona 10
2000/01 Andrey Şevçenko Milan 9
2001/02 Ruud van Nistelrooy Mançester Yunayted 10
2002/03 Ruud van Nistelrooy Mançester Yunayted 12
2003/04 Fernando Moryentes Monako 9
2004/05 Ruud van Nistelrooy Mançester Yunayted 8
2005/06 Andrey Şevçenko Milan 9
2006/07 Kaka Milan 10
2007/08 Kriştiano Ronaldo Mançester Yunayted 8
2008/09 Lionel Messi Barselona 9
2009/10 Lionel Messi Barselona 8
2010/11 Lionel Messi Barselona 12
2011/12 Lionel Messi Barselona 14
2012/13 Kriştiano Ronaldo Real 12