Mourinyo: "İbrahimoviç Premyer liqada oynamasa..."

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin futbolçu karyerasını bitirmədən əvvəl Premyer liqa klublarından birində oynamasını istəyir. Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, isveçli oyunçu hazırda İngiltərə klublarına transferinin mümkünsüz olduğunu bildirmişdi.
Mourinyo isə Çempionlar Liqasında PSJ ilə matç öncəsi keçirilən mətbuat konfransında Zlatanın Premyer liqada oynamasının vacibliyini vurğulayıb:
"İbrahimoviç futbolçu karyerasını Premyer liqada oynamadan bitirərsə, yaxşı olmaz. Ancaq bu, baş tutmasa belə o, dünyanın ən yaxşı futbolçularından biri olaraq qalacaq".
"İnter"də işlədiyi dönəmdə Zlatanla çalışan Mourinyo onu da qeyd edib ki, bu matçda hər ikisi qələbə qazanmaq istəyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31