İbrahimoviç: "Çelsi" favoritdir"

PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının 1/4 finalının ilk oyunu çərçivəsində bu axşam qarşılaşacaqları "Çelsi" ilə görüş haqda fikirlərini bölüşüb.  Qol.Az-ın məlumatına görə, isveçli forvard Fransa mətbuatına açıqlamasında "Çelsi"nin favorit olduğunu bildirib:
"Çelsi" bu oyunun favoritidir. Onların Çempionlar Liqasında 10 illik təcrübəsi var. Biz isə hələ yeni başlayırıq. Belə turnirlərdə təcrübə böyük üstünlükdür. Biz 8-9 ildən sonra "Çelsi"nin səviyyəsinə gələcəyik".

Qeyd edək ki, PSJ - "Çelsi" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31