Loren Blan: "Eden Hazarddan qorxuram"
2 Aprel 2014 20:10 İdmanPSJ-nin baş məşqçisi Loran Blan Çempionlar Liqasının 1/4 finalında "Çelsi" ilə oyun öncəsi fikirlərini bildirib. Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məumata görə, o, London klubunun futbolçusu Eden Hazarddan qorxduğunu etiraf edib: "Hazardın oyunu çox bəyənirəm. "Çelsi"yə transfer olduqdan sonra o, daha da möhtəşəm oyun nümayiş etdirir".
L.Blan rəqib haqda da müsbət fikirlər səsləndirib: "Çelsi" həm müdafiə, həm də hücumda yaxşı oynayan komandadır. Onlar çox az qol buraxan, biz də daha çox qol vuran komandayıq. Maraqlı bir matç olacaq".
Qeyd edək ki, PSJ - "Çelsi" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31