Çempionlar Liqasında 1/4 final həyəcanı başlayır

Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına start veriləcək.

Qol.Az-ın məlumatına görə, ilk oyun gününə iki qarşılaşma nəzərdə tutulub.

İspaniya derbisində "Barselona" və "Atletiko" (Madrid) komandaları üz-üzə gələcək. İngiltərədə baş tutacaq görüşdə isə "Mançester Yunayted" son çempion "Bavariya" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu sabah axşam keçiriləcək.

1 aprel

Çempionlar Liqası, 1/4 finalın ilk oyunları

23:45. "Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya)

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Bavariya" (Almaniya)

2 aprel

23:45. "PSJ (Fransa) - "Çelsi" (İngiltərə)

23:45. "Real" (Madrid, İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31