Kavani: "PSJ-dən ayrıla bilərəm"

PSJ-nin futbolçusu Edinson Kavani mövsümün sonunda Paris təmsilçisindən ayrıla bilər.

Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, uruqvaylı hücumçu komandada oynadığı mövqedən razı deyil. 

Bu səbəbdən o, yaxşı təklif gələcəyi təqdirdə PSJ-dən gedəcəyini deyib: "Düzdür, Zlatan, Tiaqo və Lavezzi kimi futbolçularla oynamaq çox yaxşıdır. Ancaq qol vurmağa öyrəşmiş bir hücumçu üçün başqa mövqelərdə oynamaq çox çətindir. Sağ və sol cinahda oynamaq mənim üçün get-gedə daha da çətinləşir. Ümid edirəm ki, bu problemi həll edəcəyik. Ancaq fikirlərimiz üst-üstə düşməsə, gələcək təklifləri dəyərləndirəcəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31