Foqts: “Klinsmann xahiş etdi ki...”
1 Aprel 2014 20:12 İdmanMillimizin baş məşqçisi Berti Foqts ABŞ yığmasına xüsusi məhləhətçi təyin olunmasına münasibət bildirib.
Qol.Az-ın Almaniyanın "Bild" qəzetinə istinadən yaydığı xəbərə görə, o, bununla bağlı təklifi ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmanndan aldığını söyləyib.
"Yurgen nədən ona kömək göstərməyimi xahiş etdi. Mən razılaşdım və söz verdim ki, yardım edəcəm. Mənim Yurgenlə uzun illərə söykənən yaxşı münasibətlərim var" - deyə o vurğulayıb.
Almaniya millisinin baş məşqçisi Yoahim Löv də bu təyinata münasibət bildirib. Onun sözlərinə görə, "DÇ-2014"ün seçmə mərhələsində bu məşqçilərin birgə çalışması ABŞ millisinə fayda verə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31