"Borussiya"dan rəsmi transfer
1 Aprel 2014 20:40 İdman"Borussiya" yeni mövsüm hücum xəttini "Herta"nın futbolçusu Adrian Ramosla gücləndirəcək. Qol.Az-ın "Bild" qəzetinə istinadən yaydığı xəbərə görə, Dortmund təmsilçisi 28 yaşlı futbolçunu transfer edib. Onunla 3+1 illik müqavilə imzalanıb. Bu transfer "Borussiya"ya 10 milyon avroya başa gəlib. Beləliklə, Ramos mövsümün sonunda klubdan ayrılacaq Robert Levandovskini əvəz edəcək.
Qeyd edək ki, A.Ramos bu mövsüm bundesliqada 28 matça çıxıb, 16 qol və 7 qol ötürməsi ilə yadda qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31