Qvardiola: "Bəlkə də mənə "Mançester Yunayted"i çalışdırmağı təklif etmişdi"
1 Aprel 2014 16:51 İdman"Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasında "Mançester Yunayted"lə matç öncəsi "qırmızı şeytanlar"ın keçmiş çalışdırıcısı Aleks Fergüssonla arasında keçən dialoqdan bəhs edib.
Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, ispan mütəxəssis Fergüsson məşqçi karyerasını başa vurduqdan sonra onunla görüşüb və birgə yemək yeyib. Ancaq Qvardiola ingilis dilində yaxşı bilmədiyi üçün Fergüssonun dediklərini yaxşı başa düşmədiyini deyib:
"Fergüsson məşqilikdən getdikdən sonra məni yemək yeməyə dəvət etmişdi. Onunla çox yaxşı vaxt keçirdik. Ancaq mən ingiliscə yaxşı bilmədiyim, Fergüsson isə sürətlə, aksentlə danışdığından onun dediklərini anlaya bilmədim. Bəlkə də mənə "MY"nı çalışdırmağı təklif etmişdi" - deyə Qvardiola qeyd edib.