Yurgen Klopp: "Real" favoritdir, ancaq..."

"Borussiya" (Dortmund) klubunun baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 finalında qarşılaşacaqları "Real"la (Madrid) oyunöncəsi fikirlərini bölüşüb. Qol.Az-ın məlumatına görə, "sport1.de"yə danışan almaniyalı mütəxəssis "Real"ın bu görüşün əsas favoriti olduğunu bildirib:

"Real" inanılmaz dərəcədə güclü komandadır. Mövsümün əvvəlində onlar Beyl və İsko kimi futbolçuları transfer etdilər. Rəqibin zəif cəhətlərini tapmaq asan deyil. Ötən mövsüm yarımfinalda bu komandanı keçmişdik. Həmin oyundan sonra bir neçə gün yata bilmədim. Bu mövsümə gəlincə təbii ki, "Real" favoritdir. Ancaq biz də risk edərək yenə "Real" səddini keçməyə çalışacağıq".

Qeyd edək ki, "Real" - "Borussiya" oyunu aprelin 2-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31