İlkay Gündoğana növbəti təklif

"Borussiya" futbolçusu İlkay Gündoğana müqaviləni yeniləmək üçün növbəti təklif göndərib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Dortmund təmsilçisinin idarə heyətinin üzvü Hans-Yoahim Vatske deyib. O, türkəsilli alman yarımmüdafiəçini komandada saxlamaq istədiklərini və İlkayın bu təklifə cavabını maraqla gözlədiklərini bildirib.

Qeyd edək ki, İ.Gündoğanın "Borussiya" ilə müqaviləsi 2015-ci ildə başa çatır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31