Ançelotti "Mançester Yunayted"də?
31 Mart 2014 20:26 İdman"Mançester Yunayted" azarkeşlərin istefaya göndərilməsini tələb etdiyi baş məşqçi David Moyesin əvəzləyicisini müəyyənləşdirib.
Qol.Az-ın məlumatına görə, İngiltərənin "Daily star" qəzeti yazıb ki, mövsümün sonunda şotlandiyalı mütəxəssisin yerinə "Real"ın hazırkı çalışdırcısı Karlo Ançelotti keçəcək.
Xəbərdə Madrid klubunun La Liqada son oyunlarda xal itirərək çempionluq şanslarının çətinə saldığı qeyd olunub. Bu səbəbdən italiyalı məşqçi ilə mövsümün sonunda yolları ayırmağın mümkünlüyü yazılıb. Ançelottinin növbəti iş yerinin "Mançester Yunayted" olacağı iddia edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31