Mario Balotelli "Arsenal"ın hədəfində
31 Mart 2014 20:35 İdman"Milan" klubunun hücumçusu Mario Balotelli karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Qol.Az-ın "Sport Mediaset"ə istinadən verdiyi məlumata görə, italiyalı futbolçu "Arsenal"ın transfer hədəfinə düşüb.
Cari mövsüm hücum xəttində problem yaşayan London təmsilçisinin baş məşqçisi Arsen Venger bu boşluğu Balotelli ilə gücləndirmək niyyətindədir. 23 yaşlı futbolçunun da "Arsenal"ın təklifini müsbət qarşıladığı bildirilir.
Qeyd edək ki, Balotelli ötən ilin yanvar ayında "Mançester Siti"dən "Milan"a transfer olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31