Futbolçu meydanda ölümdən döndü VIDEO
Oleq Qusevin beyni silkələnib, çənəsi sınıb, dişi qırılıb
31 Mart 2014 16:46 İdmanUkrayna çempionartının 23-cü turunun "Dnepr"-"Dinamo" matçında həyəcanlı anlar yaşanıb. Oyunun 25-ci dəqiqəsində "Dnepr"in qapıçısı Denis Boyko kiyevlilərin kapitanı Oleq Qusevlə toqquşub. Toqquşmadan sonra Oleq Qusev huşunu itirib. Onun köməyinə ilk olaraq isə "Dnepr"in futbolçusu Caba Kankava yaxınlaşıb. Bundan sonra həkimlər meydana çıxaraq kapitana tibbi yardım göstəriblər. Həkimlər "Dnepr"in futbolçusu Oleq Qusevin həyatını xilas etdiklərini deyiblər. Həkimlər Oleq Qusevin beynində I dərəcəli silkələnmə olduğunu qeydə alıblar. Futbolçunun çənəsi sınıb və bir dişi qırılıb. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31