Onun forması muzeydə saxlanılacaq

"Roma"nın təcrübəli futbolçularından olan Françesko Totti illərdir, klubuna olan sadaqətinin bir növ, qarşılığını alacaq.  

"Qafqazinfo" xəbər verir ki, Tottinin forması "Roma"klubunun muzeyində saxlanılacaq. 1992-ci ildən bəri paytaxt klubunun formasını geyinən və 700-də çox oyunda iştirak edən Totti hazırda "Roma"nın simvollarından  biri sayılır. Karyerası boyu 200-dən çox qol vuran 37 yaşlı futbolçu müqavilə əsasında, ən az 2 il də "Roma"da oynaya bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31