“Traktor”-un oyununda Urmiya gölünün qurudulmasına etiraz ediləcək

Urmiya şəhərindən olan bir qrup milli fəal aprelin 2-də BƏƏ-nin "Əleyn" klubu ilə Güney Azərbaycanın "Traktor" FK arasında keçiriləcək futbol qarşılaşmasından əvvəl bəyanat yayıb. Bəyanatda bildirilir ki, qarşılaşmada Urmiya gölünün quruması ilə əlaqədar İran hakimiyyətinə səsləniş olacaq. Göldə yaranmış acınacaqlı vəziyyət beynəlxalq aləmin də diqqətinə çatdırılacaq. Aprelin 2-si "Urmiya gölünə dəstək günü" adlandırılıb. Bəyanatda qeyd edilir ki, "Traktor"-"Əleyn" oyununda Urmiya gölü ilə əlaqədar şüarlar səsləndiriləcək. Milli fəallar bununla gölün qurudulmasına etirazlarını bildirəcəklər. Məsələnin Asiya Çempionlar Liqası kimi beynəlxalq yarışda qaldırıldığı üçün Urmiya gölünə diqqətin artacağı bildirilir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31