Mourinyo: “Biz qələbəni yeddinci dəqiqədə qazandıq”
23 Mart 2014 02:22 İdman"Çelsi"nin baş məşqçisi Joze Mourinyo bu gün Premyer Liqada "Arsenal"a 6:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.Qol.Az-ın İngiltərə mətbuatına istinadən yaydığı xəbərə görə, oyundan sonra keçirilən mətbuat konfransında o bildirib ki, əslində oyunun taleyi artıq yeddinci dəqiqədə - "Çelsi" ikinci qolu vuranda həll olunub."Biz çox güclüydük. Sonra rəqib qırmızı vərəqə aldı, biz daha bir qol vurduq. Amma yeddinci dəqiqədə artıq qələbəni təmin etmişdik. Bu qələbə bizim üçün çox vacib idi" - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31