Mustafa Dənizli: "Yarımfinal oyunları daha fərqli olacaq"
19 Mart 2014 19:33 İdman"Oyunu artıq ilk hissədə həll edə bilərdik. Vurduğumuz qoldan sonra bir zərbəmiz də qapı tirindən döndü. Kubokda yolumuzu davam etdirdiyimiz üçün şadam".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mustafa Dənizli "Araz Naxçıvan"la kubok matçından (1:0) sonra keçirilən mətbuat konfransında deyib.
Türkiyəli mütəxəssis yarımfinal görüşlərinin daha fərqli olacağını bildirib: "Araz Naxçıvan" yaxşı komandadır, gələn mövsümdən Premyer Liqada çıxış edəcəklərinə inanıram. Yarımfinal oyunları daha fərqli olacaq. Premyer Liqada da bacardığımız qədrə irəliləməyə çalışacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31