Burak Yılmazdan uğursuzluq
19 Mart 2014 19:16 İdman"Qalatasaray"ın futbolçusu Burak Yılmaz bu mövsüm Çempionlar Liqasında uğursuz çıxış edib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, ÇL-də cari mövsümdə oynadığı altı matçın heç birində fərqlənə bilməyib.
Ötən mövsüm iştirak etdiyi 8 matçda 9 qol vuran və bombardirlər siyahısında yer alan B.Yılmaz uğurunu bu dəfə təkrarlaya bilməyib.
Qeyd edək ki, cari mövsümdə ÇL-in hazırkı bombardiri ehtiyatında 13 qol olan "Real"ın hücumçusu Kriştiano Ronaldodur. O, bu qolları 7 oyuna vurmağı bacarıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31