Totti: "Dünya çempionatında oynamaq istəyirəm"
19 Mart 2014 19:20 İdman"Roma" klubunun kapitanı Françesko Totti qarşıdakı dünya çempionatında oynamaq istədiyini bildirib.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan Totti bunun daha çox özündən asılı olacağını deyib:
"Mən dünya çempionatına Antonio Kassanonu apararam. Özümə gəlincə niyə də yox? Əgər özümü sağlam və yaxşı hiss etsəm, dünya çempionatında oynaya bilərəm. Ümid edirəm ki, dünya çempionatına qədər formada qalacam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31