Olimpiya idman növləri üzrə milli komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları artırılıb
19 Mart 2014 11:56 İdmanAzərbaycan Nazirlər Kabineti "Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında" qərarda dəyişiklik edib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları 540 manat məbləğində təsdiq edilib. Buna qədər isə baş məşqcilərin aylıq vəzifə maaşları 430 manat olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31