"Qalatasaray" "Çelsi"yə uduzub, "Real" "Şalke"ni məğlub edib
19 Mart 2014 10:22 İdmanUEFA Çempionlar Liqasının növbəti 1/8 final mərhələsinin cavab oyunları çərşənbə axşamı keçirilib.
Türkiyənin "Qalatasaray" komandası səfərdə İngiltərənin "Çelsi" klubu ilə görüşüb. Görüş 2-0 hesabı ilə "Çelsinin" qələbəsi ilə başa çatıb.
Madridin "Real" klubu ikinci matçında Almaniyanın "Şalke - 04" komandasını qəbul edib. Qarşılaşma 3-1 hesabı ilə İspaniya yığmasının qələbəsi ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31