Bu futbolçunun qiyməti 39 milyon avro artıb
18 Mart 2014 18:38 İdmanArda Turanı təkrar "Qalatasaray"da görmək istəyən Mançiniyə İspan qəzetlərindən cavab gəlib. ANS PRESS-in məlumatına görə, "Qalatasaray"ın baş məşqçisinin Arda ilə əlaqədar dediyi sözlər İspaniyada əks-səda doğurub. "El Mundo Deportivo" qəzeti Ardanın geri qayıtması üçün İstanbul təmsilçisinin 51 milyon avroluq bir miqdarı gözdən çıxarmalı olduğunu yazıb. Qəzet Ardanın "Atletiko"nun məşqçisi Simyonenin sevimli oyunçularından olduğunu xatırladaraq Türkiyə və İngiltərədən iki təklif gəlməsinə baxmayaraq təklif edilən rəqəmlərin az olması səbəbi ilə rədd edildiyini qeyd edib.
"Atletiko Madrid"in gələn mövsüm büdcəsində 15 milyon avroluq bir kəsr olduğuna da diqqət çəkən qəzet, rəhbərliyin bu kəsri bağlamaq üçün iki alternativi olduğunu yazıb. Bu alternativlərdən biri çempionlar liqasında yoluna davam edərək pul qazanmaq, digəri isə heyətdə yer alan bir oyunçunu satmaq olaraq təyin edib.
"El Mundo Deportivo" qəzeti Ardanın La Liqada göstərdiyi performansın çox saydakı klub tərəfindən yaxından izlənildiyini də vurğulayaraq türk futbolçuya gələn təkliflərin "Atletiko" rəhbərliyini təəccübləndirmədiyini ifadə edib.
Qeyd edək ki, Arda Turan İspaniya klubuna 12 milyon avroya satılmışdı.