UEFA "Çelsi"-"Qalatasaray" matçının hesabını açıqladı

UEFA "Qalatasaray" ilə "Çelsi" arasındakı matçın hesabını açıqlayıb.  İstanbulda baş tutan oyunun hesabını da öncədən düzgün bilən UEFA Londondakı qarşılaşma üçün hesabın 3-1 ev sahibinin xeyrinə olacağını deyib.  UEFA-ın rəsmi internet saytındakı qiymətləndirmədə "Qalatasaray"ın "Çelsi"nin qarşısını kəsə bilməyəcəyi bildirlib: ""Qalatasaray" "Çelsi"nin dörddəbir finala çıxmasına maneə törətməyəcək. Droqbanın "Stemford Bric"də dönüşündə pərəstişkarları qarşısında qol vurması qaçılmazdır. Ancaq Jose Mourinyonun tələbələri lazım olan təcrübə və qol vura biləcək futbolçulara sahibdir". ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31