"Qarabağ" "Qəbələ" ilə oyuna hazırlaşır
18 Mart 2014 20:10 İdmanÖlkə kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Qəbələ"ni qəbul edəcək "Qarabağ" klubu hazırlığını davam etdirir. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda günü tək çalışma ilə bitirib oyun saatını gözləyəcək.
Bazar günü Topaz Premyer Liqada "İnter"i məğlub edən (3:0) "Qarabağ" dünən yüngül çalışma ilə kifayətlənmişdi.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Qəbələ" oyunu saat 17:00-da başlayacaq.
Xatırladaq ki, ilk oyun 0:0 hesabıyla başa çatmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31