Fransa çempionatının on ən bahalı oyunçusu

Fransa birinci liqasında ən yüksək maaş alan futbolçuların adı açıqlanıb.

Qol.Az-ın "France Football" dərgisinə istinadən yaydığı xəbərə görə, ölkə çempionatının ən çox qazanan oyunçusu PSJ-nin hücumçusu Zlatan İbrahimoviçdir. Onun illik gəliri 18 milyon avrodur.

Ümumilikdə siyahıda ən çox PSJ futbolçuları yer alıb.

Fransa liqasının ən yüksək maaş alan 10 futbolçusu isə aşağıda adları qeyd olunanlardır:

1. Zlatan İbrahimoviç (PSJ) - 18 milyon avro

2. Tiaqo Silva (PSJ) - 15 milyon avro

3. Radamel Falkao ("Monako") - 14 milyon avro

4. Matuidi (PSJ) - 12 milyon avro

5. Edinson Kavani (PSJ) - 10 milyon avro

6.Yoann Qurkyuff ("Lion") - 7.6 milyon avro

7. Tiaqo Motta (PSJ) - 6.6 milyon avro

8.Lavezzi (PSJ) - 6.6 milyon avro

9. Xames Rodriqes ("Monako") - 6 milyon avro

10. Maksvell (PSJ) - 5.5 milyon avro

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31