Samuel Eto'o: "Mourinyoya nifrət edirdim"
18 Mart 2014 19:27 İdman"Çelsi"nin futbolçusu Samuel Eto'o baş məşqçisi Joze Mourinyo haqda maraqlı fikirlər səsləndirib. Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, kamerunlu hücumçu deyib ki, Mourinyo ilə şəxsi tanışlığına qədər ona nifrət edib:
"Onun çalışdırdığı heç bir komandada oynamayacağımı söyləmişdim. Mourinyoya nifrət edirdim. Ancaq şəxsən tanış olduqdan sonra yanlış düşündüyümü anladım. Hazırda onunla çox yaxşı dostuq".
Qeyd edək ki, Eto'o "Çelsi"dən əvvəl də Mourinyo ilə işləyib. O, 2009-cu ildə "Barselona"dan "İnter"ə keçib və portuqaliyalı mütəxəssisin rəhbərliyi altında önəmli uğurlara imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31