Del Pyero üçün ya ABŞ, ya da Yaponiya

Karyerasını Avstraliyanın "Sidney" klubunda davam etdirən Alessandro Del Pyeronun mövsümün sonunda komandadan gedəcəyi iddia olunur.  Qol.Az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, 39 yaşlı futbolçu hələ də karyerasını başa vurmağı düşünmür.

Belə ki, "Yuventus"un canlı əfsanələrindən olan Del Pyeronun yeni mövsümdə ya ABŞ, ya da Yaponiya liqasında çıxış edəcəyi bildirilir. Lakin italiyalı futbolçunun hansı ölkəni seçəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Del Pyero 2012-ci ildə "Yuventus"dan "Sidney"ə transfer olmuşdu. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31