AFFA baş məşqçini cəzalandırdı
18 Mart 2014 15:36 İdmanAFFA-nın İntizam Komitəsinin növbəti toplantısı keçirilib. ANS PRESS-in AFFA-nın saytına istinadən verdiyi məlumata görə, 14 mart 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXI turunun "Lokomotiv" - "Mil-Muğan" matçında "Lokomotiv" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Bundan başqa oyun başa çatdıqdan sonra "Mil-Muğan" klubunun baş məşqçisi Mətləb Məmmədov və məşqçisi Səbuhi Məmmədov hakimləri təhqir etdiyinə və onlara fiziki təsir göstərməyə cəhd etdiyinə görə hər iki məşqçi 10 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub. Cəza müddəti dövründə adıçəkilən məşqçilərin "Mil-Muğan" klubunun iştirakı ilə keçirilən matçlarda stadiona girişinə qadağa qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31