Mançinidən "Çelsi" matçı öncəsi iddialı açıqlama

"Qalatasaray" klubunun baş məşqçisi Roberto Mançini "Çelsi" ilə Çempionlar Liqasında qarşılaşacağı oyun öncəsi iddialı açıqlamalar verib. Dünən mətbuat konfransı keçirən italiyan məşqçi komandasına inandığını deyib: "Çelsi" dünyanın ən yaxşı komandalarından biridir. İki komanda arasında çətin və stressli bir matç olacaq. Əgər inanırsınızsa qalib gələ bilərsiniz. Bir qolun bizə kafi olub olmayacağını bilmirəm. Tur üçün bütün gücümüzü ortaya qoyacağıq". 

Mançini qrupdan çıxmaqla bir möcüzəni reallaşdırdıqlarını və bunun davamını gətirməyə çalışacaqlarını söyləyib. "Çelsi" ilə oynadıqları ilk matçda "Qalatasaray"ın ilk dövrə fərqli, ikinci dövrə fərqli bir taktiki sxemlə oyuna çıxdığı Mançiniyə xatırladılıb. Təcrübəli məşqçi sistem və kimin oynadığının əhəmiyyətli olmadığını və meydana çıxacaq heyətin verəcəyi performansın əhəmiyyətli olduğunu söyləyib.  ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31