AZAL yeni baş məşqçisini təqdim etdi

AZAL Futbol Klubuna yeni məşqçi təyin olunub. Lent.az-ın məlumatına görə, klub rəhbərliyinin qərarı ilə iki gün əvvəl istefa verən Vaqif Sadıqovun yerinə Tərlan Əhmədov gətirilib. 42 yaşlı mütəxəssislə 2,5 illik müqavilə bağlanılıb. Yeni baş məşqçi artıq futbolçu heyətinə təqdim olunub.

Qeyd edək ki, AZAL Tərlan Əhmədovun rəhbərliyi altında məşqlərə martın 18-dən başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31