"Çelsi" - "Qalatasaray" oyunu almaniyalı referiyə tapşırıldı

Çempionlar Liqasının 1/8 finalında sabah baş tutacaq "Çelsi" - "Qalatasaray" cavab matçını idarə edəcək hakimlərin adları açıqlanıb.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, sözügedən matçı alman hakim Feliks Briks idarə edəcək. 

Ona Marks Borç və Stefan Lupp köməklik edəcək.

Qeyd edək ki, sabah oynanılacaq "Real" (Madrid) - "Şalke" oyunu isə rusiyalı hakim Karasevə həvalə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31