Maskerano "Yuventus" və "Çelsi"nin hədəfində

" klubunun müdafiəçisi Xavyer Maskeranoya təkliflər gəlməkdə davam edir.

Qol.Az-ın "Football Direct News"ə istinadən verdiyi məlumata görə, "Napoli"nin ardından "Yuventus" və "Çelsi" klubları da argentinalı futbolçuya "elçi" düşüb. Hazırda "Napoli" ilə danışıqlar aparan 29 yaşlı futbolçunun yenidən İngiltərəyə qayıdacağı da istisna olunmur. Futbolçunun gələcək taleyinə mövsümün sonunda aydınlıq gələcək. Maskeranonun hansı qərarı verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Maskerano bu mövsüm Barselona"nın heyətində 25 oyunda forma geyinib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31