"Atletiko" (Madrid) klubunun futbolçusu Arda Turan hazırda Londonda olan "Qalatasaray"ın bazasını ziyarət edib.
Qol.Az-ın "NTV Spor"a istinadən verdiyi məlumata görə, keçmiş komanda yoldaşları ilə görüşən türk yarımmüdafiəçi onlara "Çelsi" ilə matçda uğurlar arzulayıb.
Qeyd edək ki, "Çelsi"- "Qalatasaray" oyunu sabah axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31