Messi: "Karyeramı "Barselona"da başa vuracam"

"Barselona"nın hücumçusu Lionel Messi La Liqada "Osasuna" ilə matçdan (7:0) sonra futbolçu karyerası ilə bağlı açıqlama verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu Kataloniya klubunda qalmaq istədiyini deyib:

"Burada olduğum üçün xoşbəxtəm. İnsanların məni hər zaman "Barselona" forması ilə izləməsini istəyirəm. Futbolçu karyeramı "Barsa"da başa vurmağı düşünürəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31