Droqba: "Qalatasaray" növbəti mərhələyə yüksələcək"
17 Mart 2014 12:33 İdman"Keçmiş klubum və komanda yoldaşlarıma qarşı oynayacağım üçün xoşbəxtəm. Bu görüş mənim üçün xüsusi olacaq. Ancaq meydanda necə təsir bağışlayacağımı bilmirəm. İndidən çox həyəcanlıyam".
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Qalatasaray"ın futbolçusu Didye Droqba Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə cavab qarşılaşması öncəsi deyib.
Fildişi sahilli hücumçu London klubunu mübarizədən kənarlaşdıracağına inandığını bildirib:
"Çətin bir matç olacaq. Ümid edirəm ki, "Qalatasaray" növbəti mərhələyə yüksələcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31