AZAL futbol klubunun yeni baş məşqçisinin adı açıqlandı

Tərlan Əhmədov AZAL futbol klubunun baş məşqçisi təyin olunub.Mənbələrdən Trend-ə verilən məlumata görə, klub rəhbərliyi T.Əhmədovun baş məşqçi olmasına razılıq verib və artıq onun komandanı ilk məşqə çıxaracağı gözlənilir.Klubun mətbuat xidmətindən Trend-ə məlumatı təsdiqləyiblər və artıq T.Əhmədovla müqavilə imzalandığını bildiriblər.Qeyd edək ki, martın 15-də AZAL-ın baş məşqçisi Vaqif Sadıqov vəzifəsindən istefa verib. Buna səbəb kimi klubun son vaxtlar Premyer Liqada uğursuz çıxışı etməsi göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31