Droqba: "Qalatasaray"la müqavilə yeniləməyi düşünmürəm"
14 Mart 2014 19:24 İdman"Qalatasaray"ın hücumçusu Didye Droqba İstanbul klubu ilə hələlik yeni müqavilə imzalamağı düşünmür.
Qol.Az-ın məlumatına görə, "BHT 1" telekanalına açıqlama verən təcrübəli futbolçu deyib ki, hazırda ancaq qarşıdakı oyunları düşünür:
"Burada qalıb-qalmayağım önəmli deyil. Futbol oynamaqdan zövq alıram. Hazırda ancaq qarşıdakı oyunları düşünürəm. Hələ də oynadığımız bütün turnirlərdə mübarizəni davam etdiririk. İstanbulu çox sevirəm. Burada olduğum üçün xoşbəxtəm".
Qeyd edək ki, Droqbanın "Cim Bim"la müqaviləsi mövsümün sonu başa çatır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31