Romario: “Joze Blatter şərəfsizdir”
14 Mart 2014 14:30 İdmanBraziliyanın əfsanəvi futbolçusu Romario FIFA prezidenti Joze Blatter və baş katib Cerom Valkeyi sərt şəkildə tənqid edib. Romario Valkeyi dünya idaman ictimaiyyətinin ən böyük şantajçısı adlandırıb. "Sambafoot"-un məlumatına görə, futbolçu qeyd edib ki, Valkey şantaj işlərini Blatterlə birlikdə həyata keçirir. "Blatterin özünə gəlincə, o sui-istifadə hallarında tez-tez adı çəkilən şərəfsizdir. İfadəmə görə üzr istəyirəm, amma bu belədir. Valkeyin Braziliyada keçiriləcək dünya çempionatınının pis təşkil ediləcəyi ilə bağlı fikirlərini xatırlayıram. Ölkəmizə gəlib bu cür açıqlamalar verən insanların onlara əl çalmaqlarını başa düşə bilmirəm". Qeyd edək ki, Cerom Valkey Braziliyada dünya çempionatına hazırlıq işlərini qiymətləndirərkən bildirib ki, Braziliyanın işə başlaması üçün arxasına təpik vurmaq lazımdır. Lakin Valkey sonradan çıxışına görə, Braziliydan üz istəyib. ("OLAYLAR İA")