Kütləvi idman yarışlarına strat verilib
14 Mart 2014 12:18 İdmanTəhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin təşkilatçılğı ilə ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri (oğlanlar və qızlar) arasında kütləvi idman yarışlarına start verilib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə,
martın 11-də Bakı şəhərindəki 242 nömrəli tam orta məktəbdə basketbol üzrə respublika birinciliyi başlayıb. Martın 12-də start verilmiş voleybol üzrə respublika birinciliyi oğlanlar arasında Bakı şəhərindəki 44 nömrəli, qızlar arasında 18 nömrəli tam orta məktəbdə keçirilir. Mini futbol üzrə respublika birinciliyi də Martın 13-də Bakı şəhərindəki 129 nömrəli tam orta məktəbdə stolüstü tennis, "Təhsil" Respublika İdman Mərkəzinin 1 saylı şahmat-dama məktəbində dama yarışlarına start verilib.