Mançini: "Onun "Qalatasaray"a transfer olunmasını istəyirəm"

"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini keçmiş futbolçusu Edin Dzeko haqda danışıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis hücumçunu İstanbul klubunda görmək istədiyini deyib:

"Dzeko "Mançester Siti"yə mənim istəyimlə transfer olunmuşdu.  O, Avropanın ən yaxşı hücumçularından biridir. Dzeko "Qalatasaray"a gəlmək istəsə, buna çox sevinərəm. Onu yenidən komandamda görmək istəyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31