"Karyeramın sonunadək "Atletiko"da qalmaq istəyirəm"
14 Mart 2014 19:30 İdman"Atletiko" (Madrid) klubunun futbolçusu Koke mövsümün sonunda komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, "Marca" qəzetinə danışan Koke karyerasının sonunadək "Atletiko"da qalmaq istədiyini deyib:
"Mövsümün sonunda heç yerə getməyəcəm. Karyeramın sonuna qədər "Atletiko"da qalmaq istəyirəm. Komandamla uzun müddətli müqaviləm və burada özümü çox xoşbəxt hiss edirəm. "Atletiko" mənim doğma evimdir. Hazırda güclü komandamız və möhtəşəm proyektlərimiz var".
Qeyd edək ki, 22 yaşlı futbolçu ilə İngiltərənin "Mançester Yunayted" klubu yaxından maraqlanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31