PSJ-dən Luis Suarezə 42 milyon avro

"Liverpul" klubunun hücumçusu Luis Suarez daha bir komandanın transfer hədəfinə düşüb. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Fransanın PSJ klubu uruqvaylı futbolçunun xidmətində maraqlıdır. Paris təmsilçisi 26 yaşlı futbolçunun keçidi üçün 42 milyon avro, üstəlik Esekiel Lavezzi və Xavyer Pastoreni də qarşı tərəfə verməyə hazırdır. Lakin "Liverpul" rəhbərliyi daha öncə birmənalı şəkildə komandanın Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə Suarezi satmayacaqlarını bəyan edib.

Qeyd edək ki, Suarezlə "Real" və "Atletiko" (Madrid) klubları da yaxından maraqlanır.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31