"Mançester Yunayted"in futbolçusu "İnter"in hədəfində
13 Mart 2014 18:03 İdman"Mançester Yunayted" klubunun futbolçusu Luiş Nani karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Qol.Az-ın məlumatına görə, "İnter" klubu portuqaliyalı futbolçunun xidmətində maraqlıdır.
Artıq Milan təmsilçisi Nani üçün "Mançester Yunayted"ə rəsmi təklif göndərib. Lakin 27 yaşlı futbolçu ilə "Yuventus"un da maraqlanması "İnter"in işini çətinə salıb.
Qeyd edək ki, Nani 2007-ci ildə "Sportinq"dən "Mançester Yunayted"ə transfer olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31